ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Allahın adı ilə!
Bu gün axşam (çərşənbə axşamı, aprel ayının 9-u) Şəvval ayının hilalının cihazsız gözlə görünməsi sübuta yetmişdir. 
Buna əsasən sabah, Aprel ayının 10-u (çərşənbə günü) şəvval ayının biri, mübarək Fitr bayramıdır. Allah-taala bütün müsəlmanlara bu bayramı mübarək etsin.

Ayətullah əl-uzma Seyyid Əli Hüseyni Sistaninin dəftərxanası.

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

VƏQFİN HÖKMLƏRİ → ← NƏZR VƏ ƏHDİN HÖKMLƏRİ

AND İÇMƏYİN HÖKMLƏRİ


Məsələ 2635: Əgər bir işi yerinə yetirəcəyinə, ya tərk edəcəyinə and içsə, məsələn, oruc tutmağını, ya siqaret çəkməməyini and içsə, bilə-bilə andı ilə müxalifət etsə, günah etmiş olur və gərək kəffarə versin. Yəni bir qul azad etsin, ya on fəqiri doydursun, ya onları geyindirsin. Əgər bunları edə bilməsə, gərək üç gün ardıcıl oruc tutsun.
Məsələ 2636: Andın bir neçə şərti var:
1. And içən şəxs gərək baliğ və aqil olsun. Qəsd və ixtiyar üzündən and içsin. Deməli, uşaq, dəli, məst və məcbur olunan şəxsin and içməsi düzgün deyildir. Həmçinin əsəbi halda, ixtiyarsız və qəsdsiz and içsə düz deyildir.
2. And içib yerinə yetircəyi iş gərək haram, ya məkruh olmasın və eyni zamanda and içib tərk edəcəyi iş gərək vacib, ya müstəhəb olmasın. Əgər mübah işi tərk edəcəyinə, ya yerinə yetirəcəyinə and içsə, onu tərk etmək və ya yerinə yetirmək əql sahiblərinin nəzərində üstünlüyə malik olarsa, yaxud onun özü üçün dünyəvi məsləhəti olarsa andı səhihdir.
3. Allahın adlarından birinə and içsin ki, Onun müqəddəs zatından başqa o ad heç kəsə deyilməz, məsələn, “Allah”, “Tanrı”. Yaxud yalnız Allaha məxsus olan sifət və ya fellərlə (işlərlə) Allahı yad etsin, məsələn, asimanları və yeri yaradan kəsə and olsun deyə and içsin. Yaxud elə bir ada and içsin ki, o ad Allahdan başqasına da deyilər, amma o ad, o qədər Allaha deyilib ki, nə vaxt bir şəxs o adı desə, ancaq onun müqəddəs zatı nəzərə gəlir. Məsələn, “Xaliq” və “Raziq” adına and içsə səhihdir. Hətta elə bir ada and içsə ki, yalnız and içmə məqamında Allahın zatını xatırlayarsa, (Səmi və Bəsir kimi) andı səhihdir.
4. Andı dilə gətirməlidir. Amma lal olan bir şəxs işarə ilə and içərsə, səhihdir. Həmçinin danışmaq gücünə qadir olmayan şəxs onu yazıb, qəlbində də qəsd edərsə kifayətdir. Hətta əgər danışmağa qadir olsa belə, andı yazarsa, ehtiyat-vacibə görə ona əməl etməlidir.
5. Anda əməl etmək onun üçün mümkün olmalıdır. Əgər and içdiyi zaman mümkün olmasa, amma sonradan mümkün olsa kifayətdir. Əgər and içdiyi zaman mümkün olub, sonradan ona əməl etməkdə aciz qalsa, aciz qaldığı vaxtdan etibarən andı pozular. Həmçinin əgər anda əməl etmək dözülməyəcək qədər məşəqqətli olarsa, hökm eynidir. Əgər bu acizlik onun ixtiyarı ilə olsa, yaxud öz ixtiyarı ilə olmasa da qadir olduğu zamandan təxirə salmaqda üzrü olmasa, günah edib və kəffarə də vacibdir.
Məsələ 2637: Əgər ata övladını, ya da əri arvadını and içməkdən çəkindirərsə, onların andı səhih deyildir.
Məsələ 2638: Əgər övlad atasının icazəsi olmadan və arvad ərinin icazəsi olmadan and içərsə, ata və ər onların andını poza bilər.
Məsələ 2639: Əgər insan unutqanlıq, çarəsizlik və ya qəflət üzündən öz andına əməl etməsə, ona kəffarə vacib deyildir. Həmçinin əgər onu andına əməl etməməyə məcbur etsələr də bu cürdür. Vəsvəsəli olan şəxs, məsələn, “Allaha and olsun ki, indi namaza başlayıram” deyə and içərsə, sonra da vəsvəsəli olduğuna görə namaza məşğul olmazsa, belə ki, onun vəsvəsəsi qeyri-ixtiyari olaraq öz andına əməl etməyəcək şəkildə olarsa, ona kəffarə verməsi lazım deyildir.
Məsələ 2640: Sözünün doğru olduğu üçün and içən şəxsin sözü doğru olarsa, and içməsi məkruhdur. Əgər yalan olarsa haramdır. Hətta mübahisəni sona yetirmək müqabilində yalan yerə and içmək böyük günahlardandır. Fəqət özünü və ya başqa bir müsəlmanı bir zalımın şərrindən qurtarmaq üçün yalandan and içərsə eybi yoxdur. Hətta bəzən vacib də olur. Yalnız “tövriyə” etməsi (yəni and içdiyi zaman sözün əsl mənasını bir işarə qoymadan cümlənin zahirindən ifadə etdiyi mənadan başqa bir məna qəsd etməsi) mümkündürsə, ehtiyat-vacib budur ki, tövriyə etsin. Məsələn, zalım bir şəxs kiməsə əziyyət vermək üçün, birindən onu görüb-görmədiyini soruşarsa, o da həmin şəxsi bir saat əvvəl görübsə, beş dəqiqə qabaq görmədiyini qəsd edərək “xeyr, görməmişəm” deyə bilər.
VƏQFİN HÖKMLƏRİ → ← NƏZR VƏ ƏHDİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français