ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

AL-VERİN HÖKMLƏRİ → ← ZƏKATIN HÖKMLƏRİ

HƏCCİN HÖKMLƏRİ


HƏCCİN HÖKMLƏRİ

Məsələ 1993: Həcc Allah evinin ziyarəti və orada göstəriş verilən əməllərin yerinə yetirilməsindən ibarətdir. Bütün ömür boyu aşağıdakı şərtlərə malik olan bir şəxsə, həcc bir dəfə vacib olur:
1. Həddi-büluğa çatmış olsun.
2. Aqil və azad olsun.
3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır. Amma bu halda həccə getsə, günah etməsinə baxmayaraq, həcci səhih olur.
4. Müstəti (qadir) olsun; Müstəti olmaq bir neçə şeylədir:
1) Yol azuqəsi və ehtiyacı olan surətdə miniyi olsa və ya bunları əldə etməyə imkan verən malı olarsa;
2) Məkkəyə getməyə və çox əziyyət çəkmədən həcci yerinə yetirməyə sağlamlığı və qüvvəsi olsun. Bu şərt həcci şəxsin özünün yerinə yetirməsində şərtdir. Bir kəsin maddi imkanı olsa, amma şəxsən özü həccə getmək üçün fiziki qüdrəti olmasa, yaxud şəxsən getməsi çox çətin olsa, (fiziki) vəziyyətinin də yaxşılaşmasına ümidi olmasa, gərək başqasını bu işə naib tutsun.
3) Yolda getməyə mane olan bir şey olmasın; əgər yol bağlı olsa və ya yolda insanın canının, yaxud namusunun aradan getməsindən, ya malının aparılmasından qorxusu olsa, həcc ona vacib olmur. Lakin başqa yol ilə gedə bilsə, uzaq olmağına baxmayaraq gərək o yol ilə getsin. Amma o yol “həcc yolu bağlıdır» deyiləcək dərəcədə uzaq və qeyri-adi olsa, gərək o yolla getməsin.
4) Digər cəhətlərdən imkanı olsun ki, həcc əməllərini yerinə yetirə biləcək qədər vaxtı olmalıdır.
5) Xanımı və uşaqları kimi xərclərini təmin etmək ona vacib olan şəxslərin və ya xərcliyin tərk olunması şəxs üçün çətin olan şəxslərin xərclərini təmin etmiş olmalıdır.
6) Geri qayıtdıqdan sonra yaşayışını qazanc, əkinçilik, mülk gəliri və ya başqa bir yolla təmin edə bilməlidir. Belə ki, həccdən qayıtdıqdan sonra həccə xərc etdiyi üçün çətinliklə yaşamağa məcbur qalmamalıdır.
Məsələ 1994: Özünə məxsus evi olmadan ehtiyacını ödəməkdə çətinliyə düşən şəxsə həcc yalnız evin puluna sahib olduğu təqdirdə vacibdir.
Məsələ 1995: Məkkəyə gedə bilən qadın qayıdandan sonra özünün malı olmasa və əri də, məsələn, fəqir olub onun xərcini verə bilməsə və çətinliklə yaşamağa məcbur olsa, həcc ona vacib deyil.
Məsələ 1996: Yol azuqəsi və miniyi olmayan şəxsə başqa birisi “sən həccə get, sənin həcc səfərində olduğun müddətdə sənin və ailənin təminatını mən ödəyəcəyəm” deyərsə, onun bu sözünə əmin olduğu halda həcc ona vacib olar.
Məsələ 1997: Bir şəxsə həccə getməsi üçün gediş-qayıdış məsrəflərini və bu müddət ərzində ailəsinin yaşayışını təmin edəcək qədər mal bağışlanarsa, hərçənd borclu olsa və həccdən qayıtdıqdan sonra yaşayışını təmin edəcək qədər malı olmasa da həcc ona vacib olar. Əgər həcc günləri onun qazanc və iş günləri ilə eyni günlərə təsadüf olunarsa, belə ki, həccə getdiyi təqdirdə borcunu vaxtında qaytara bilməzsə və ilin digər günlərində məişət xərclərini, təmin edə bilməzsə, ona həcc vacib deyil.
Məsələ 1998: Əgər Məkkəyə gedib-gəlmə müddətində yol və ailəsinin xərcini ona verib, “həccə get” desələr, lakin onun mülkü etməsələr, geri almayacaqlarına xatircəm olarsa, həcc ona vacib olur.
Məsələ 1999: Əgər bir şəxsə həccə kifayət edəcək qədər mal verilsə və Məkkə yolunda malı verənə xidmət etməsini şərt edərlərsə, həcc o şəxsə vacib olmur.
Məsələ 2000: Əgər bir şəxsə müəyyən qədər mal versələr və həcc ona vacib olsa, bu halda həccə getsə, hətta sonradan özünün malı olsa da yenidən həcc ona vacib olmur.
Məsələ 2001: Ticarət üçün, məsələn, Cəddəyə qədər gedib orada bir miqdar mal əldə etsə, istədiyi təqdirdə oradan Məkkəyə getməyə müstəti olarsa, həcc etməlidir. Bu şəkildə həcc etdikdən sonra vətənindən Məkkəyə gedəcək qədər malı olsa belə, ona artıq həcc vacib deyil.
Məsələ 2002: Əgər insan başqası tərəfindən şəxsən həccə getməyə əcir olunsa, bu halda özü gedə bilməyib başqasını öz tərəfindən göndərmək istəsə, onu əcir edən şəxsdən icazə almalıdır.
Məsələ 2003: Əgər bir şəxs müstəti olub və Məkkəyə getsə və göstərilmiş müəyyən vaxtda Ərəfata və Məşərül-harama çatmasa, belə ki, əgər sonrakı illərdə müstəti olmasa, həcc ona vacib deyil. Lakin əgər qabaqkı illər müstəti olub həccə getməyibsə, bu halda əziyyət olsa da gərək həccə getsin.
Məsələ 2004: Əgər müstəti olan şəxs həccə getməsə və sonra qocalığına, xəstəliyinə, ya zəifliyinə görə həccə gedə bilməsə və bundan sonra həccə getməsinə ümidi olmasa, gərək başqasını öz tərəfindən həccə göndərsin. Sonradan qüdrəti olsa, özü də həccə getsin. Həmçinin birinci ildə həccə getməyə çatan qədər malı olduğu halda qocalıq, xəstəlik və ya gücsüzlük üzündən həccə gedə bilməzsə və sonradan qüdrətli olmasından da ümidsiz olsa, hökm eynidir. Bu təqdirlərin hamısında öz tərəfindən naib tutulan şəxs kişidirsə, ehtiyat-müstəhəb budur ki, naib «sərurə» olsun. Yəni ilk dəfə həccə gedən şəxs olsun.
Məsələ 2005: Başqası tərəfindən həccə getməyə əcir olunmuş şəxs gərək onun tərəfindən nisa təvafını da yerinə yetirsin. Əgər yerinə yetirməsə, qadın o əcirə haram olur.
Məsələ 2006: Əgər nisa təvafını düzgün yerinə yetirməsə, və ya unutsa, belə ki, bir neçə gündən sonra yadına düşsə və yarı yoldan qayıdıb yerinə yetirsə səhihdir, amma əgər qayıtmaq onun üçün çətin olsa, naib tuta bilər.
AL-VERİN HÖKMLƏRİ → ← ZƏKATIN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français