ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Allahın adı ilə!
Bu gün axşam (çərşənbə axşamı, aprel ayının 9-u) Şəvval ayının hilalının cihazsız gözlə görünməsi sübuta yetmişdir. 
Buna əsasən sabah, Aprel ayının 10-u (çərşənbə günü) şəvval ayının biri, mübarək Fitr bayramıdır. Allah-taala bütün müsəlmanlara bu bayramı mübarək etsin.

Ayətullah əl-uzma Seyyid Əli Hüseyni Sistaninin dəftərxanası.

Sual və Cavab » Həkim

1 Sual: Qadın müalicə üçün kişi həkimə müraciət edə bilərmi?
Cavab: Əgər qadın xəstəliyini müalicə etmək üçün kişi həkimin yanına getməyə məcbur olsa və kişi həkim ixtisas baxımından daha yaxşıdırsa və yaxud daha diqqətlə xəstəni müayinə və müalicə edirsə, bu halda kişi həkimin yanına getməyin eybi yoxdur. Həmçinin qadının bədəninə baxmadan ya da əl vurmadan onu müalicə etmək mümkün deyilsə, baxmaq və əl vurmaq icazəlidir. Əgər onlardan (baxmaq və əl vurmaq) biri ilə kifayətlənmək mümkün olsa, ikincisi icazəli deyil.
sistani.org/25615
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français