ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Yeni ayın görünməsi

1 Sual: Mən şəhərdə yaşayıram, ayın görünməsi və necəliyi ilə bağlı məlumatım yoxdur. Sualım budur ki, alimlərin bu haqda dediklərinə yaxud onların ümumi saytlarda verdikləri elanlara əsaslanaraq oruca başlayıb yaxud orucu aça bilərəmmi?
Cavab: Özünüz ayın 29-da gün batandan sonra aya baxa və təyin edə bilərsiniz. Əgər ayı görməsəniz və başqa şəxslərin öz gözləri ilə ayı gördüklərinə əmin olmasanız, ayı 30 gündən hesablayın. Lakin təkcə ictimai şəbəkələrdə verilmiş elanlar şəriət baxımından dəlil deyil.
sistani.org/26266
2 Sual: Fitr bayramı ilə bağlı şəriət hakiminə tabe olmaq lazımdırmı?
Cavab: Ayın əvvəli şəriət hakiminin hökmü ilə sübuta yetmir. Bu halda sübuta yetər ki, onun verdiyi hökmdən yaxud onun yanında ayın sübuta yetməsindən ayın görünməsinə əminlik yaransın.
sistani.org/26267
3 Sual: Mən Sistani cənablarına təqlid edirəm. Sualım budur ki, yeni ayın görünməsi və ona aid olan dini vəzifələrlə o cümlədən oruc və Fitr bayramı ilə bağlı mərcəyi-təqlidin rəyinə uyğun əməl etməliyəm? Mərcəyi-təqlidin misal üçün şəvval ayının hilalı (yeni ayı) ilə əlaqədar rəyini necə öyrənə bilərəm?
Cavab: Yeni ayın başlanması hilalın (yeni çıxmış ayın) sizin olduğunuz yerin üfüqündə olmasına əminlik əldə etməyinizdən asılıdır, belə ki, ay cihazsız gözlə görünməlidir.
sistani.org/26268
4 Sual: Nə üçün hilalın (yeni ayın) görünməsi ilə bağlı rəsədşünasların sözünə əsaslanmaq olmaz. Halbuki bu alimlər astonomik hesablamalarında mötəbər elmi qanunlardan və dəqiq riyazi mühasibatdan istifadə edirlər və mühasibatlarında səhv etmək ehtimalı çox azdır. Peşəkar astronomlar müxtəlif astronomik cədvəllər tərtib etmişlər, misal üçün gün çıxan və günbatan vaxtları, ayın muhaqa daxil olması və görünəcək zaman müddəti, muhaqdan çıxacağı vaxt, həmçinin ayın üfüqə görə yüksəkliyi və sair, orada qeyd olunur. Qeyd etmək lazımdır ki, bu astronomların verdikləri proqnozlar dəqiq və etibarlı məlumatlara əsaslanır və heç vaxt onların hesablamalarında zənn və gümana yer verilmir. Bütün bunları nəzərə almaqla nə üçün yeni ayın sübut olunması üçün astronomların görüşlərinə arxalanmaq olmaz?
Cavab: Dini dəlillərdən aydın olur ki, yeni qəməri ayının başlanması hilalın (yeni ayın) insanın olduğu yerin üfüqündə görünməsindən asılıdır. Beləki, əlverişli hava şəraiti olduqda və bulud kimi xarici maneələr olmadıqda ay adi və cihazsız gözlə görünə bilsin. Lakin hilalın doğması və onun əsla gözə görünmədən üfüqdə olması yaxud da yalnız durbin və ya teleskop kimi cihazlarla görünməsi kifayət etmir.
Buna görə də rəsədxananın ayın doğması yaxud muhaqdan çıxması ilə əlaqədar verdiyi məlumat dəqiq riyazi hesablamalara əsaslansa da yeni qəməri ayının girməsinə hökm etmək üçün yetərli deyil.
Lakin onların hilalın müəyyən bölgələrdə yaxud bütün bölgələrdə adi gözlə görünməsinin mümkünlüyü ilə, yaxud əlverişli hava şəraitində görünəcəyi ilə bağlı məlumatı iki müqəddiməyə arxalanır:
1. Hilalın koordinatlarının astronomik hesablama yolu ilə təyin edilməsi və onun görünməsi ilə bağlı təsiri olan amillərin o cümlədən hilalın ömrü, üfüqdən yüksəkliyinin dərəcəsi və Günəşlə arasında olan bucaq və sair amillərin araşdırılması.
2. Hilalı cihazsız gözlə görmək üçün azacıq təsiri olan şəraitin o cümlədən hilalın ömrü, üfüqdən yüksəkliyi, Günəşlə məsafəsi və digər şəraitin gerçəkləşməsi üçün hilalla əlaqədar tədqiqat əsasında astronomik təcrübələr.
Astronomiya üzrə tədqiqatçıların ikinci müqəddiməyə dair nəzərləri müxtəlifdir. Məsələn, bir qrup alim hilalın görünməsinin mümkünlüyünü onun ömrünün (doğulduqdan sonra) 14 saat, başqa bir qrup alim isə - ən azı - 16 saat, daha başqaları isə 18 saat (və sair) olması ilə şərtləndirirlər. Həmçinin bəzisi hilalın müşahidəsinin mümkünlüyü barədə günəşin qürub etdiyi vaxtda, üfüqdən 4 dərəcə, bəzi digəri - ən optimal yüksəklik üçün - 5 dərəcə və bəziləri də 6 dərəcə (və ilaxır) yuxarıda olmasını əsas götürürlər. Beləcə, hilalın müşahidəsində təsiri olan başqa amillərlə bağlı da bu kimi fərqli nəzərlərə rast gəlinir.
Odur ki, müxtəlif məntəqə və zonalar üzrə hilalın müşahidəsinin mümkünlüyü barədə onların rəyinə tam etimad etmək və onların proqnozları əsasında hilalı adi gözlə görməyə dair qəti qənaətə gəlmək olmur. Eləcə də bu məsələ ilə bağlı nəql olunan hədislər bizə zənn və güman üzrə qərar verməyə icazə vermir. Məsələn, imam Baqir (ə) buyurur: «Yeni ayı müşahidə etdiyiniz zaman oruc tutun və növbəti ayı gördükdə isə orucu bitirin (bayram edin). Bu isə (yeni Ay) zənn və gümanla yox, gözlə müşahidə ilə sübuta yetir.»
Bəli, müəyyən təcrübə və təlim nəticəsində bir insan üçün əminlik yarana bilər ki, müəyyən bölgənin üfüqündəki hilal, görünməsində təsiri olan spesifik xüsusiyyətlərinə – məsələn, həcmi, üfüqə nisbət yüksəklik dərəcəsi və s. – görə adi gözlə müşahidə edilə bilər, lakin bulud, duman, tozanaq və s. üzündən görünmür. Belə olduqda o, öz məlumatı və ya qənaəti üzrə əməl etməlidir.
sistani.org/26279
5 Sual: Nə üçün bəzi hallarda hilalın (yeni doğmuş ayın) görünməməsi ilə bağlı rəsədxana alimlərinin proqnozları adi fərdlərin şahidliyindən irəli hesab edilir? Halbuki onların proqnozları elmi fərziyyələrə, şahidlərinki isə duyğu hissi olan müşahidəyə əsaslanır.
Cavab: Adətən, rəsədxananın proqnozları iki qismə ayrılır:
1. Bəzi proqnozlar - hər hansı güman, zənn və şəxsi rəyə yol verilmədən - sırf və dəqiq riyazi hesablamalara əsaslanır, məsələn, hilalın doğulduğu an, muhaqdan xaric olduğu tarix, üfüqdən yüksəkliyi, işıqlı hissəsi ilə bütöv dairənin nisbəti və s. Bu məsələlərlə bağlı bəzi alimlərin öz muhasibatlarında səhvə yol vermələri ehtimalı olsa da, adətən, onların arasında ixtilaf qarşıya gəlmir.
2. Bəzi proqnozlar isə zənn, güman, şəxsi rəy, təcrübə və təlimə əsaslanır. Məsələn, hilalın görünməsi üçün üfüqdən filan dərəcə yüksəkdə olması, yaxud doğulduğu andan 22 saat keçməsi, yaxud Günəşlə müəyyən məsafə də olması kimi meyar və kəmiyyətlər irəli sürülür ki, bu qismə dair rəylərdə ixtilaf çoxdur.
Buna əsasən, şahidlərin birinci qismə zidd olan şəhadətinə inanmaq və ya əmin olmaq çətindir və səhvə yol verildiyi anlaşılır. Bu o haldadır ki, rəsədxananın verdiyi proqnozlar hilalın hələ muhaqdan çıxmadığına və ya qürubdan əvvəl gözdən itdiyinə dair dəqiq riyazi hesablamalara əsaslanır və bütün bunlarla iki və ya daha çox şahid hilalı gördüklərini iddia edirlər.
Amma şahidlərin şəhadəti ikinci qismə zidd olarsa, bu halda müxtəlif sübut və əlamətləri nəzərə almaqla yenə onların səhvə yol verdiyinə dair qənaət hasil ola bilər. Həmçinin qənaət hasil olmaya da bilər. Əgər səhvə yol verildiyinə dair qənaət hasil olmasa, onların arasında iki adil şəxs varkən - şahidlik üçün tələb olunan şərtlərə malik olduqları təqdirdə - hərçənd səhvə yol vermə ehtimalı olsa da bu adil şəxslərin şəhadəti üzrə əməl edilməlidir.
Xülasə, hilalın görünməsi ilə bağlı bir bəyyinənin (burada iki ədalətli şəxsin şahidliyinin) mötəbər sayılması üçün şərtlərdən biri onların səhvə yol verdiyinə dair əminlik yaxud qənaətin olmamasıdır.
Beləliklə, misal üçün, rəsədxana hilalın hələ muhaqdan çıxmadığına yaxud çox nazik olub, adi gözlə görünmədiyinə dair proqnoz versə, şahidlərin səhvə yol verdiyi barədə əminlik yaxud qənaət hasil olur və burada bəyyinə (iki adilin şəhadəti) etibarını itirir. Əks halda, bəyyinə mötəbər sayılır və onların proqnozlarına etibar etmək olmaz.
sistani.org/26283
6 Sual: Bəzi şərqi ölkələrdə ayı görən şahidlərin sözlərinə istinadən bir sıra dini alimlər üçün yeni ayın əvvəli olması sübuta yetir. Bu məsələ aşağıdakı xüsusiyyətlərlə baş verir:
1. Şahidlər - hətta 30 nəfərə çatsa belə - müxtəlif ölkələrdən məsələn iki nəfər Azərbaycandan, üç nəfər Küveytdən, dörd nəfər İrandan, altı nəfər İraqdan və ilaxır olmaqla bu barədə məlumat vermişlər.
2. Həmin regionlarda üfüq aydın olub və Ayın müsəlmanlar tərəfindən müşahidəsi üçün heç bir maneə olmamışdır.
3. Şamaxı rəsədxanası - yaxud digər rəsədxana - cari gündə axşam hilalın müşahidəsinin yalnız teleskop və s. cihazla, sabah axşam isə kənar vəsaitə ehtiyac olmadan adi gözlə mümkün olacağı barədə məlumat vermişdir.
Bu barədə hökm nədir? Lütfən möhtərəm müctəhidin rəyini bildirin.
Cavab: Şahidlərin müxtəlif bölgə və ölkələrdən olması mümkündür ki, əminliyi aradan aparsın.
Məsələn, müəyyən bir şəhərin əhalisinin çoxu ayı izləsə də iki nəfər adil şəxsdən başqa heç kim ayı gördükləri barədə məlumat verməsin. Yaxud bir qrup insan ayı axtarsa da yalnız iki adil şəxs onu gördüyünü iddia etsin, halbuki həmin qrupda hilalın göründüyü nahiyəni bilən, iti baxışları və s. xüsusiyyətlərində o iki nəfərdən fərqlənməyən başqa iki ədalətli şəxs də olmuş olsun, eləcə də səma aydın olsun və o iki nəfər üçün müşahidə ilə bağlı hər hansı maneə qarşıya gəlməsin. Belə olduqda iki adilin şəhadəti ilə yeni Ay sabit olmur.
sistani.org/26284
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français