ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Allahın adı ilə!
Bu gün axşam (çərşənbə axşamı, aprel ayının 9-u) Şəvval ayının hilalının cihazsız gözlə görünməsi sübuta yetmişdir. 
Buna əsasən sabah, Aprel ayının 10-u (çərşənbə günü) şəvval ayının biri, mübarək Fitr bayramıdır. Allah-taala bütün müsəlmanlara bu bayramı mübarək etsin.

Ayətullah əl-uzma Seyyid Əli Hüseyni Sistaninin dəftərxanası.

Sual və Cavab » Cənabət

1 Sual: Boynuna cənabət qüslü gələn insan Quran və dua oxuya bilərmi? Quran və dua oxumaq ona məkruhdur? Səcdə ayələrinə qulaq asmağın hökmü necədir?
Cavab: Cunub olan (cənabət qüslü vacib olan) insana Quran və sair duaları oxumaq olar və məkruh deyil. Yalnız Quranın "səcdə vacib olan" ayələrini oxumamalıdır, lakin qulaq asmağın eybi yoxdur. Səcdəsi vacib olan ayələr aşağıdakılardır:
“Səcdə” surəsi, ayə 15, “Fussilət” surəsi, ayə 37, “Nəcm” surəsi, ayə 62, “Ələq” surəsi, ayə 19.
sistani.org/25613
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français