ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Allahın adı ilə!
Bu gün axşam (çərşənbə axşamı, aprel ayının 9-u) Şəvval ayının hilalının cihazsız gözlə görünməsi sübuta yetmişdir. 
Buna əsasən sabah, Aprel ayının 10-u (çərşənbə günü) şəvval ayının biri, mübarək Fitr bayramıdır. Allah-taala bütün müsəlmanlara bu bayramı mübarək etsin.

Ayətullah əl-uzma Seyyid Əli Hüseyni Sistaninin dəftərxanası.

Sual və Cavab » Heyvan kəsmək

1 Sual: Bildiyiniz kimi, bütün dünyada toyuq istehsalında onların kəsilməsi əllə deyil, avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu artıq adi hal alıb. Bu halda onların üzərində "Bismillah" deyilməsi inandırıcı gəlmir. Bu barədə rəyiniz necədi? Bu toyuqları yemək olar ya yox? Allahın adını cihaz vasitəsilə səsləndirmək olar?
Cavab: Əgər toyuqlar, başları kəsilərkən üzü qibləyə olsalar və cihazı yandıran şəxs müsəlman olsa, belə ki, cihazı yandıranda Allahın adını çəkirsə, bu iş iki şərtlə icazəlidir:
1. Müsəlman şəxs Allahın adını dilinə gətirməlidir və səsi yazmaq kifayət etmir.
2. Toyuqların başlarının kəsilməsi bir dəfəyə və eyni vaxtda olsa, Allahın adını bir dəfə çəkmək kifayətdir. Amma tədrici olarsa, Allahın adını bir dəfə çəkmək kifayət etmir. Yalnız az sayda misal üçün üç-dörd toyuq üçün bir dəfə demək olar. Amma sayları çox olsa və başları tədrici şəkildə kəsilsə, bir dəfə Allahın adını çəkmək kifayət etmir və ardıcıl “Bismillah” demək lazımdır .
sistani.org/25227
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français