ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Zəhmət haqqı

1 Sual: Cənazə namazını qılmağa görə zəhmət haqqı almaq olar?
Cavab: Cənazə namazına görə zəhmət haqqı almaq vacib ehtiyata görə icazəli deyil.
sistani.org/26301
2 Sual: Sualım budur ki, kəbin oxumaq üçün zəhmət haqqı almaq olar?
Cavab: Kəbin oxumağa görə zəhmət haqqı almağın eybi yoxdur.
sistani.org/26302
3 Sual: Ölünün qəza namazlarını qılmaq üçün əcir olmaq olarmı?
Cavab: Eybi yoxdur.
sistani.org/26303
4 Sual: Mən gözəllik salonunda işləyirəm və süni dırnaq qaynaq edirəm. Mənim işimin bir eybi varmı? Orada aldığım zəhmət haqqının necə?
Cavab: Qaynaq edilmiş dırnaq dəstəmaz, qüsl və təyəmmümün səhihliyinə maneə törətdiyi üçün ona görə zəhmət haqqı almaq düzgün deyil. Lakin dırnağı qaynaq edən şəxs bilirsə ki, müştəri hər bir halda onun o puldan istifadə etməsinə razıdır, ondan istifadə edə bilər. Həmçinin təsir edəcəyini ehtimal edirsə, vəzifəsidir ki, bu məsələnin şəriət hökmünü ona xatırlatsın.
sistani.org/26304
5 Sual: Mən bərbərəm. Bəzən müştəri məndən istəyir ki, saqqalını dibdən ülgüclə qırxım. Mən bunu edə bilərəmmi? Müştərinin buna görə mənə verdiyi pul halaldırmı? Bunu da qeyd edim ki, yeni saqqal çıxarmış gənc müştərilər deyir ki, tam dolmayan və seyrək çıxmış saqqalı üzdə saxlayanda insanı ələ salırlar.
Cavab: Saqqalı dibindən qırxmaq və buna görə zəhmət haqqı almaq – ehtiyat vacibə əsasən –icazəli deyil.
Bu hökmdən yalnız iztirar (çarəsizlik) halları, eləcə də saqqal saxlamağın adətən dözülməyən ziyan və çətinliyə səbəb olduğu (hərçənd bu çətinlik istehza və həqarət üzündən belə olsa) hallar istisna olunur.
sistani.org/26305
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français